CƏMİYYƏT


Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri açıqlanıb

A+ A

 Bakı, 29 iyul, AZƏRTAC

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanının nəticələri açıqlanıb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, 280 nəfər imtahan verən abituriyentdən 120-si dövlət sifarişli, 40-ı isə ödənişliyə daxil olaraq UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib. İmtahanda uğur əldə etmiş tələbələrin kimliyi ilə http://ufaz.edu.az/?page_id=864 linki vasitəsilə keçid edərək tanış olmaq mümkündür. İmtahan nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da apelyasiya ilə müraciət edə bilər.

İmtahandan uğur əldə etmiş gənclər iyulun 31-də və avqustun 1-də ADNSU-ya gələrək sənədlərini təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək. UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları sonra Təhsil Nazirliyinə təqdim olunacaq. Nazirlik isə UFAZ-a qəbul olunmuş gənclərin adlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr TQDK-nın təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.