Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransız deputatlar ölkələrini Azərbaycanla əlaqələri gücləndirməyə çağırıblar

Fransız deputatlar ölkələrini Azərbaycanla əlaqələri gücləndirməyə çağırıblar

Paris, 27 yanvar, AZƏRTAC

Fransa Milli Assambleyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə bu ölkəyə səfəri zamanı imzalanan və ötən ilin mart ayında Senat tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti şərtləri haqqında Saziş”ə baxılıb.

Məsələ üzrə məruzəçi, Milli Assambleyanın deputatı Tieri Mariani çıxışında Azərbaycan, onun iqtisadiyyatı, ölkədə gedən inkişaf prosesi barədə söhbət açıb, ölkəmizin regionda rolundan və Fransa üçün strateji əhəmiyyətindən bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Mariani Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı faktını, beynəlxalq təşkilatların, xüsusilə də BMT TŞ-nin münaqişə ilə bağlı dörd qətnaməsini və bu qətnamələrdə Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsinin tələb olunduğunu diqqətə çatdırıb. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının da münaqişə ilə bağlı 1416 saylı qətnaməsinə Ermənistan tərəfindən əməl olunmadığını xatırladıb.

T.Mariani, həmçinin Azərbaycanın tarazlaşdırılmış və müstəqil xarici siyasət kursu yeritdiyini xüsusi vurğulayıb. Məruzəçi Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutunun fəaliyyətindən söhbət açıb, hazırkı sazişin qüvvəyə minməsinin fransız dili və mədəniyyətinə rəğbət olan bir ölkədəki mədəniyyət mərkəzinin statusunun güclənməsinə xidmət edəcəyini deyib.

Məruzə ətrafında çıxış edən Azərbaycan Dostları Assosiasiyasının sədri deputat Jan-Fransua Mansel Fransanı Azərbaycanla əlaqələri gücləndirməyə çağırıb. Azərbaycanın öz müstəqilliyinə dərin köklərlə bağlılığını diqqətə çatdıran deputat bunun Fransa ilə əlaqə yaratmaqda mühüm amil olduğunu bildirib. Əhalisi əsasən müsəlmanlardan ibarət olan ölkədə xristianların, yəhudilərin, katolik və protestantların yaşadığını vurğulayan Jan-Fransua Mansel müxtəlif dinlərin nümayəndələri arasında heç vaxt problem olmadığını, bir kimsənin antisemitizmlə bağlı pis fikrə düşmədiyini bildirib. O deyib ki, Azərbaycanda yəhudilər 2500 il bundan əvvəl məskunlaşsa da, bu dinə qarşı hətta kiçicik bir yanlış hərəkət baş verməyib.

Azərbaycanda və Fransada əməkdaşlığa böyük maraq olduğunu vurğulayan deputat bu istiqamətdə müəyyən addımlar atıldığını, mədəniyyət sahəsində Fransanın müxtəlif regionlarında və şəhərlərində biri-birindən maraqlı tədbirlərin keçirildiyini və bütün bunların əməkdaşlıq manevri olduğunu bildirib.

Jan-Fransua Mansel sözünə davam edərək deyib: “Bəzi həmkarlarımdan Azərbaycanda kifayət qədər demokratiya olmaması barədə yanlış fikirlər eşitmişəm. Onlara xatırlatmaq istərdim ki, Fransadan 25 il əvvəl 1918-ci ildə qadınlara səsvermə hüququ verən, 2001-ci ildən Avropa Şurasına tam bərabərhüquqlu üzv seçilən və 2014-cü ildə qurumun Nazirlər Komitəsinə yüksək səviyyədə sədrlik edən bu ölkə demokratiya sahəsində nəzərəçarpacaq dərəcədə yüksəlişə nail olub və demokratiyanın inkişafı istiqamətində mühüm layihələr həyata keçirib. Yaddan çıxarmaq lazım deyil ki, Fransada demokratiyanın stabilləşməsi üçün 1789-cu ildən 1880-ci ilədək 100 il vaxt lazım olub. Azərbaycan isə müstəqilliyi 1991-ci ildə əldə edib”.

Deputat qeyd edib ki, bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini layiqincə araşdırmayan, əsl həqiqətlərdən xəbərsiz şəxslər Azərbaycanı təqsirləndirməyə cəhd edirlər. Amma bu məsələdə də əsl reallıqdan çıxış etmək lazımdır. Azərbaycanla Ermənistan arasında münaqişə faciəvi xarakter daşıyır və uzun müddətdir ki, davam etməkdədir. Unutmaq olmaz ki, BMT Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu dəfələrlə bəyan edib. İşğal nəticəsində 900 mindən çox azərbaycanlı qaçqın və məcburi köçkün düşüb.

ABŞ və Rusiya ilə yanaşı, ölkəsinin də ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladan Jan-Fransua Mansel Fransa prezidentinin təşəbbüsü ilə keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edildiyini, bu görüşün nəticəsi olaraq münaqişənin sülh yolu ilə həllində müəyyən irəliləyiş əldə ediləcəyinə əminliyini bildirib, problemin dinc yolla həllində Fransanın müəllif olmasını arzulayıb.

Deputat sonda qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın düzgün istiqaməti Fransa və Azərbaycanın dost olmaqla bərabər, həm də həqiqi və sadiq tərəfdaşlar olduğunu göstərir.

Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun yeni sədri Mişel Vuəzən qədim tarixə və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanın öz müstəqilliyini qoruyub saxlaması və möhkəmləndirilməsi istiqamətində xüsusi kurs götürdüyünü, tolerantlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Sonda saziş səs çoxluğu ilə qəbul olunub.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında