DÜNYA


Fransız deputatların parlamentə pencəksiz və qalstuksuz gəlməsinə icazə verilib

Bakı, 20 iyul, AZƏRTAC

Fransa Milli Məclisi deputatlarının parlament dinləmələrində pencək geyinməsi və qalstuk taxması məcburi deyil. Bu barədə parlamentin aşağı palata bürosunun cümə axşamı günü yayılmış məlumatında deyilir.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, kişi deputatların məcburi qaydada pencək geyinməsi və qalstuk taxması məsələsinə dünən Milli Məclisin ali kollegial orqanında baxılıb. Buna iyunun sonlarında ənənəyə son qoyaraq parlamentin yeni tərkibinin ilk sessiyasına nümayişkaranə şəkildə pencəksiz və qalstuksuz gələn “Fəth olunmamış Fransa” fraksiyası deputatlarının hərəkəti səbəb olub. Onların bu sərbəst davranışı bir sıra siyasətçilər tərəfindən tənqid edilib. Prezidentliyə sabiq namizəd Jak-Lyük Melanşonun “Fəth olunmamış Fransa” partiyası iyun seçkilərinin nəticələrinə görə ilk dəfə parlamentə keçə bilib.

“Büro xatırladır ki, heç bir nizamnamə sənədində deputatların geyimi məsələsinə toxunulmur və onların üzərinə iclas salonunda pencək geymək, qalstuk taxmaq məsuliyyəti qoyulmur”, – büronun məruzəsində belə deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.