CƏMİYYƏT
Fransız kişi 50 ildir ki, kəlləsində beyin olmadan yaşayır
Bakı, 13 oktyabr, AZƏRTAC
Fransa alimləri qeyri-adi fenomen aşkar ediblər: adi dövlət qulluqçusu olan 50 yaşlı fransalı Matyedə baş beyin yoxdur. Hələ uşaqlıqda kəllə qutusunun onurğa beyin mayesi ilə dolması səbəbindən onda baş beyinin formalaşması dayanıb.
AZƏRTAC “newsland.com” saytına istinadla xəbər verir ki, bu kişini hələ uşaqlıqda hidrosefaliyadan (baş beyinə artıq maye yığılır) müalicə olunub. Müalicə uğurla keçib, lakin fransız 44 yaşında ayağında daim onu bezdirən ağrılardan şikayətlə həkimlərə müraciət edib. Onun ayağında heç nə tapa bilməyiblər, buna görə həkim pasiyentə baş beyin daxil olmaqla kompleks müayinə təyin edib. Həkimlər Maqnit-Rezonans Tomoqrafiya (MRT) apararkən çox təəccübləniblər. Fransızın kəllə qutusunda boz maddə demək olar ki, yox idi. Lakin bu, kişinin davranışında qətiyyən hiss olunmur.
Matye beynində heç bir patologiyası olmayan iki uşaq atasıdır. Odur ki, bu qeyri-adi hal genetik mutasiyaya aid deyil. Həkimlər artıq bir neçə ildir ki, insanın belə kiçik beyinlə fəal həyat tərzi yaşaması fenomeni izah edə bilmirlər.
Fransızda İQ tam yüksək deyil (normada 85-114 olan halda 75-dir), lakin bu onun gündəlik həyatına qətiyyən təsir etmir.