DÜNYA


Fransızların əksəriyyəti Fransua Fiyonun prezident yarışından çıxmasını istəyir

Bakı, 2 fevral, AZƏRTAC

Fransızların əksəriyyəti həyat yoldaşının ətrafında yaranan qalmaqal səbəbindən sağ “Respublikaçılar” partiyasını təmsil edən Fransua Fiyonun prezident yarışından geri çəkilməsini istəyir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Flash Harris Interactive” tədqiqat kompaniyasının sorğusuna əsasən, respondentlərin 69 faizi Fransa prezidenti postu uğrunda mübarizədə Fiyonu digər namizədin əvəz etməsinə tərəfdardır.

Rəyi soruşulan fransızların 33 faizinin fikrincə, Fransanın keçmiş Baş naziri Alen Jüppenin Fiyonu əvəz edəcək ən yaxşı namizəd olduğunu bildirib. Daha 13 faiz vətəndaş isə ölkənin keçmiş başçısı Nikola Sarkozini namizəd görmək istəyir.

Bundan başqa, respondentlərin cəmi 29 faizi prezident yarışında mübarizənin davam edəcəyi təqdirdə Fiyonun qalib gələcəyinə inanır. Eyni zamanda, rəyi soruşulan insanların yarıdan çoxu – 57 faizi Fransua Fiyonun digəri ilə əvəz olunacağı təqdirdə “Respublikaçılar” partiyasının namizədinin qalib gələcəyini proqnozlaşdırır.

Bu ərəfədə Fiyon həyat yoldaşı Penelopanın ətrafında baş verən qalmaqala baxmayaraq, seçkilərdə iştirakdan imtina etməyəcəyini bildirib.

Bir qədər əvvəl Fransa prokurorluğu dövlət vəsaitinin xərclənməsində israfa yol verməkdə və maliyyə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılan Fiyon cütlüyünün işi üzrə təhqiqata başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.