DÜNYA


Fransua Olland: Türkiyə Suriya məsələsinin həllində maraqlı olan ölkədir

A+ A

Strasburq, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də AŞPA-nın payız sessiyasının plenar iclasında Fransa Prezidenti Fransua Olland çıxış edib.

Fransa Prezidenti ölkəsi ilə Avropa Şurası və qitənin digər qurumları arasındakı münasibətlərə və dünyada baş verən hadisələrə toxunub.

Fransua Olland Türkiyə ilə dialoqun əhəmiyyətini vurğulayaraq deyib: “Türkiyə Suriya məsələsində çox mühüm rol oynayır, qaçqınların qəbul edilməsi məsələsində əhəmiyyətli səylər göstərir. Türkiyə Suriya məsələsinin həllində maraqlı olan ölkədir".

Prezident Fransua Olland çıxışında Türkiyədə baş verən 15 iyul hadisələrinə də toxunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.