DÜNYA


Fransua Ollandın səfəri təxirə salınıb

A+ A

Praqa, 16 iyul, AZƏRTAC

Fransa Prezidenti Fransua Olland Nitsa şəhərində faciə ilə əlaqədar Çex Respublikasına iyulun 20-nə nəzərdə tutulan səfərini təxirə salıb. Xatırladaq ki, Fransanın milli bayramı günü terrorçunun idarə etdiyi yük maşınının təkərləri altında 84 adam həlak olub.

Fransa Prezidenti Çexiyaya Avropanın beş ölkəsinə üçgünlük səfəri çərçivəsində gəlməli idi. F. Olland Çexiya ilə bərabər, Portuqaliya, Avstriya, Slovakiya və İrlandiyada danışıqlar aparmağı planlaşdırırdı. Görüşlərdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsi müzakirə olunmalı idi. F.Olland Praqada Çexiya Prezidenti Miloş Zeman və Baş nazir Boquslav Sobotka ilə görüşməyi nəzərdə tutmuşdu.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.