İQTİSADİYYAT


Franz Yozef Pşirer: Azərbaycan Bavariyanın MDB məkanında üçüncü mühüm ticarət tərəfdaşıdır VİDEO

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Almaniyanın mühüm ticarət tərəfdaşıdır. Çalışırıq ki, bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etsin.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bavariya İqtisadiyyat, Kütləvi İnformasiya Vasitələri, Enerji və Texnologiya üzrə Dövlət Nazirliyinin dövlət katibi Franz Yozef Pşirer səsləndirib.

“Azərbaycanda bir çox alman şirkətləri var və onlar burada uğurla fəaliyyəti göstərir. Azərbaycan Respublikası MDB dövlətləri arasında Bavariyanın üçüncü əhəmiyyətli ticarət tərəfdaşıdır və hazırda milli iqtisadiyyatın diversifikasiyasına önəm verir. Xəzər dənizi regionunda yerləşən bu ölkə Bavariya istehsalı olan keyfiyyətli məhsullar, uzun müddətli əməkdaşlıq layihələri üçün maraqlı bazardır. Bavariya firmaları üçün burada ətraf mühit və enerji texnikası, tikinti təsərrüfatı, eləcə də infrastruktur, maşınqayırma və qurğuların istehsalı sahəsində böyük potensial mövcuddur”, - deyə F.Pşirer bildirib.

Azərbaycanda ilk dəfə olduğunu deyən dövlət katibi, ölkəmizin “Bir Qurşaq, Bir Yol” layihəsinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.