DÜNYA
“Fukusima-1” AES-in dördüncü enerji blokunda yanacaq elementlərinin çıxarılması başa çatdırılıb
Tokio, 21 dekabr, AZƏRTAC
Qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru olan şirkət dekabrın 20-də dördüncü enerji blokunda istifadə edilmiş yanacaq elementlərinin çıxarılmasını başa çatdırıb.
AES-in direktoru Akira Ono jurnalistlərə bildirib ki, reaktorların sökülməsi ilə bağlı işlər uzun müddət tələb etsə də, dördüncü blokda yanacaq millərinin çıxarılmasının başa çatdırılması xüsusi əhəmiyyətə malikdir. Bu, reaktorların sökülməsi prosesində xüsusi mərhələ hesab olunur. Belə bir əməliyyatın digər üç enerji bloklarında da aparılması nəzərdə tutulur. Həmin bloklardan yanacaq millərinin çıxarılması burada yüksək radiasiya olduğuna görə çox təhlükəlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]