DÜNYA


“Fukusima-1” AES-in ikinci reaktorunun robot vasitəsilə təhqiq olunması təxirə salınıb

A+ A

Tokio,17 fevral, AZƏRTAC

“Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru olan “Tokyo Elelctric Power Co.” şirkəti bəyan edib ki, AES-in ikinci reaktorunun robot vasitəsilə təhqiq olunması prosesi təxirə salınıb. Buna səbəb robotun sıradan çıxması göstərilir.

Xəbər verdiyimiz kimi, fevralın 16-da şirkət əqrəb şəklində düzəldilən robotu AES-in ikinci reaktorunun müdafiə örtüyünü təhqiq etmək üçün onun daxilinə göndərmişdi. Təhqiqat zamanı reaktorun sökülməsi üçün onun daxilində radiasiyanın və temperaturun ölçülməsi, eyni zamanda, çəkilişlər aparılması nəzərdə tutulurdu.

Şirkətin rəsmi nümayəndələri bildiriblər ki, metal rels üzərində hərəkət edən və reaktorun fəal zonasında radiasiyanın səviyyəsini ölçərək çəkilişlər aparan robot təyinat yerinə çatmadan gözlənilmədən dayanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.