DÜNYA


“Fukusima-1” AES-in reaktorundan nüvə yanacağının  çıxarılması planı sentyabrda qəbul ediləcək

Tokio, 26 iyul, AZƏRTAC 

Yaponiya iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko bildirib ki, “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) 3-cü reaktorundan ərimiş nüvə yanacağının qalıqlarının çıxarılması ilə əlaqədar işlərin planı cari ilin sentyabrında qəbul ediləcək.

Nazir deyib ki, robot-balıq vasitəsilə aparılan təhqiqat ərimiş nüvə yanacağının bərkimiş kütlə halında reaktorun dibində toplandığını təsdiq edib. Həmin təhqiqat mütəxəssislərə çox dəyərli informasiya əldə etməyə imkan yaradıb. H.Seko ümidvar olduğunu bildirib ki, ərimiş yanacağın çıxarılması ilə əlaqədar plan toplanmış məlumatların analizi nəticəsində tərtib ediləcək.

İlk dəfədir ki, ərimiş nüvə yanacağının və metal qırıntılarının reaktorun dibində toplanması barədə məlumat robot vasitəsilə müəyyən edilir. Həmin kütlənin reaktordan çıxarılması üçün də məsafədən idarə edilən robotlara ehtiyac var. Reaktorun istismardan çıxarılmasında bu addım ən çətin mərhələ hesab edilir.

Nazir əlavə edib ki, hökumət reaktorun istismardan çıxarılması ilə əlaqədar mövcud cədvələ əməl olunmasına çalışacaq.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.