DÜNYA


“Fukusima-1” AES-in üçüncü reaktorunda robot-balıq ilk fotolar çəkib

Tokio, 20 iyul, AZƏRTAC 

Yaponiyanın qəzalı “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) su ilə dolmuş üçüncü reaktorunda robot-balıq tərəfindən mühafizə qatının ilk fotoları çəkilib. Bu barədə AES-in operatoru “Tokyo Electrk Power Co.” şirkəti məlumat yayıb.

Kyodo agentliyinin yaydığı məlumatda isə bildirilir ki, yeni robot reaktorun dibində toplanmış ərimiş nüvə yanacağının miqdarını və dağıntının həcmini müəyyən edə bilməyib. Burada dağıntılar birinci və ikinci reaktorlarda olduğundan daha çoxdur.

Üçüncü reaktorda araşdırma işlərinin iyulun 21-də davam etdirilməsi nəzərdə tutulur.

Reaktor “Mini-mambo” adlanan 30 santimetr uzunluğunda, 13 santimetr diametrə malik balıq-robot tərəfindən araşdırılır. Kabel vasitəsilə idarə edilən robot reaktorun mühafizə qatını tədqiq etməlidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.