DÜNYA


Fukusimada güclü zəlzələdən sonra 80-dən artıq afterşok qeydə alınıb

A+ A

Tokio, 23 noyabr, AZƏRTAC.

Noyabrın 22-də səhər saatlarında Fukusima prefekturasında baş vermiş 7,4 bal gücündə zəlzələdən sonra 82 afterşok qeydə alınıb. Bu barədə NHK televiziya kanalı məlumat yayıb.

Afterşokların ən güclüsü 5,7 bal gücündə olub. Həmin təkan əsas zəlzələdən 18 saat sonra baş verib. Meteoroloqlar xəbərdarlıq edərək bildirirlər ki, regionda afterşoklar hələ bir həftə davam edə bilər.

Fukusima prefekturasının Sakit okean sahillərində 7,4 bal gücündə zəlzələ noyabrın 22-də yerli vaxtla səhər saat 5:59 dəqiqədə qeydə alınıb. Zəlzələ nəticəsində yaranan sunami dalğalarının hündürlüyü 1,4 metrə çatıb. Milli Meteorologiya Agentliyi tərəfindən sunami təhlükəsi barədə xəbərdarlıq yalnız günün ikinci yarısı ləğv edilib. Meteoroloqlar təkrar güclü afterşokların həftə ərzində davam edəcəyini bildirirlər. Son məlumatlara görə, zəlzələ nəticəsində 15 nəfər xəsarət alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.