Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Furio De Angelis: Dünyada hər dəqiqə 20 insan müharibə və təqib ucbatından didərgin düşür

Bakı, 20 iyun, AZƏRTAC

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. Həmin gün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən bütün dünyadakı qaçqınlara, müharibələr, münaqişələr, təqiblər və insan hüquqlarının ciddi pozuntuları səbəbindən evlərini tərk etməyə məcbur olmuş bütün insanlara həsr olunan gün elan edilib.

Hazırda bu vəziyyətdə olan 65 milyondan artıq insan var. Əgər onlar bir ölkənin əhalisi olsaydılar, bu, dünyada əhalisinin sayına görə 22-ci ölkə olardı. Bu “köç edən ölkə”nin sakinlərinin artım faizi olduqca yüksəkdir. Dünyada hər dəqiqə daha 20 insan müharibə və təqib ucbatından didərgin düşür. Son 10 ildə onların sayı 100 faizdən də çox artıb və bu sayın azalacağını göstərən heç bir əlamət yoxdur. O tunelin sonunda işıq görünmür.

Ümumdünya Qaçqınlar Günü bütün dünyada hökumətlər, qaçqın təşkilatları və icmaları tərəfindən elə bir gün kimi tanınır ki, həmin gün qaçqın axınlarını doğuran səbəblər barədə düşünülməli və onlar üçün himayə və yardımın təmini üzrə öhdəliklərə yenidən baxılmalıdır. Bu gün həm də elə bir gün kimi tanınır ki, həmin gün münaqişələrin uzunmüddətli və ədalətli siyasi həllinin tapılması gözləntisini bir daha vurğulamaq lazımdır. Belə ki, qaçqınların didərgin düşməsinin və bu halın doğurduğu bütün insan iztirablarının kökündə həmişə və davamlı olaraq münaqişələr dayanır.

Beləliklə, Ümumdünya Qaçqınlar Günü hər şeydən daha çox qaçqınların fiziki və mənəvi dözümlülüyünün qeyd edildiyi gündür. Bu, elə bir gündür ki, həmin gün biz öz qaçqınlıq həyatları boyu qaçqınların yaşadıqları müsibətləri, problemləri və əzabları başa düşməyə və vizuallaşdırmağa çalışırıq. Onlar münaqişə zamanı evlərində olarkən, getdikcə daha çox cinayətkar insan alverçilərinin nəzarəti altında olan marşrutlarla köç edərkən və çox zaman hətta təhlükəsizliklərinə və dincliklərinə qovuşmalı olduqları ölkəyə gəlib çıxdıqdan sonra belə bu iztirabları yaşayır, təhlükəsizlik və dinclik əvəzinə insanların qarışıq ismarıcları ilə qarşılaşırlar, bir çox qurumlar və insanlar tərəfindən həmrəylik, lakin həm də eyni cəmiyyətin müəyyən təbəqələri tərəfindən düşmənçilik və rəddetmə ismarıcları ilə.

Bu, nə üçün baş verir? Qaçqın köçlərinin səbəb olduğu hazırkı iğtişaşların həllinin əsas elementləri nədən ibarət ola bilər? Dənizdə batan uşaqların və ümidsizlik içərisində pərən-pərən düşən ailələrin bugünkü faciəli görüntülərindən ibarət olan durumu yaxşılaşdırmaq üçün vətəndaşlar, təsisatlar, beynəlxalq təşkilatlar və hökumətlər nə etməlidirlər? Burada beynəlxalq fəaliyyətlərin dörd əsas sahəsini önə çəkmək lazımdır:

1. Münaqişələrin ədalətli, uzunmüddətli və kompromisli həllinə nail olmaq üçün bütün cavabdeh hökumətlər siyasi iradə ortaya qoymalıdırlar. Humanitar böhran siyasi uğursuzluqların nəticəsi olduğuna görə humanitar böhranın yeganə həlli siyasi həll ola bilər. Vətəndaşlar öz hökumətlərini sorğu-suala tutmalı və onlardan hesabat istəməlidirlər ki, hökumətlər şəffaf və səmimi şəkildə ciddi sülh axtarışında olsunlar.

2. İnkişaf siyasətinin hazırlanmasının və həyata keçirilməsinin yeganə məqsədi ölkədəki icmalara xidmət etməkdən və insan hüquqlarına dair standartlara tam riayət etməkdən ibarət olmalıdır. 2015-ci ilin sentyabrında beynəlxalq birlik tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri ümumdünya miqyasında inkişaf üçün rəhbər prinsiplər kimi qəbul edilib və onlara riayət edilməsi miqrant və qaçqın köçlərini əhəmiyyətli dərəcədə azalda bilər. Dayanıqlı İnkişaf Məqsədlərinin kökündə bir sadə prinsip dayanır: heç kəs diqqətdən kənarda qalmasın, qaçqınlar və məcburi köçkünlər yaşadıqları cəmiyyətlərin üzvləridir, onlar da inkişafdan və tərəqqidən bəhrələnməlidirlər.

3. Qaçqın köçlərinin öhdəsindən gəlmək üçün aktiv iş görülməli və onlara passiv reaksiya göstərilməməlidir. Beynəlxalq həmrəylik, aydın və riayət edilən öhdəliklər və resursların adekvat şəkildə bölgüsü didərginlik halları ilə bağlı qlobal və uğurlu siyasətin zəruri və yetərli tərkib hissələridir. 2016-cı il tarixli Nyu-York Bəyannaməsi qaçqın və miqrant axınlarının öhdəsindən gəlmək istiqamətində qlobal miqyasda həqiqi irəliləyişə nail olmaq üçün geniş kütlələri bir araya gətirmək imkanı yaradır. Biri miqrant axınları, digəri isə qaçqın axınları barəsində olmaqla 2018-ci ildə ölkələrin imzalayacağı iki qlobal saziş insan köçləri ilə bağlı beynəlxalq münasibətlər sahəsində yeni dövr açmaqla dönüş nöqtəsi olmalıdır.

4. Nəhayət, ən önəmlisi, bir sadə həqiqəti birdəfəlik etiraf etmək lazımdır: qaçqınlar özləri ilə birlikdə potensial imkanlar, bacarıqlar və resurslar gətirirlər və bunlardan ən dəyərlisi qaçqınların onlara sığınacaq vermiş cəmiyyətə müsbət töhfələr vermək istiqamətindəki səyləridir. Onlar sosial və insani baxımdan ölkənin inkişafına böyük fayda gətirə bilərlər. Belə ki, dünyanın bütün bölgələrinin tarixindən göründüyü kimi, milyonlarla miqrantdan ibarət çoxsaylı köç dalğaları onları qəbul etmiş bir çox cəmiyyətlərin tərəqqisinə və inkişafına öz töhfələrini verib.

Yuxarıda qeyd edilən məqamlar çox sadə səslənir, amma onların praktikada həyata keçirilməsi olduqca mürəkkəb işdir. Bununla belə, onlar tunelin sonunda hansısa işığın görünməsi üçün dünyanın keçməli olduğu dar cığırı göstərir.

Azərbaycan bu cığırda öndə getmək üçün əlverişli imkana malikdir. Azərbaycan cəmiyyəti qonaqpərvərliyi və müxtəlifliyi ilə seçilən cəmiyyətdir. Onun dərin kökləri, keçmiş dövrlərə gedib çıxan çoxmədəniyyətli, çoxkonfessiyalı və müasir əhalisi, habelə davamlı yüksəliş və inkişaf üçün ambisiyalı planı var.

Həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ucbatından müharibə və didərginlik faciəsindən keçib. Bu ölkə insan itkilərinə və iqtisadi məhrumiyyətlərə məruz qalıb, amma bu problemlərin öhdəsindən gəlməyi, müasir və inkişaf etmiş ölkəyə çevrilməyi bacarıb. Ən önəmlisi, Azərbaycan münaqişə ucbatından didərgin düşmüş qaçqınlar və məcburi köçkünlər üçün çox şeylər edib və hələ də edir. Bu gün Azərbaycan Avropada ən çoxsaylı məcburi köçkün əhalisi olan ölkələrdən biridir və uzun müddətdir ki, bu didərginlik durumunun davamlı və ədalətli həllini gözləyir.

Azərbaycan, həmçinin regionda və ya digər yerlərdə digər münaqişələrdən qaçan, təhlükəsizlik və himayə axtarışında ikən Azərbaycana gəlib çıxan qaçqınlar üçün təhlükəsizlik və imkanlar təklif edə biləcək ölkədir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı işi birbaşa maliyyə dəstəyi və sosial yardım proqramları vasitəsilə məcburi köçkünlərin və qaçqınların imkanlarının genişləndirilməsinə yönəlib. Həmçinin qaçqınlara dair qanunvericiliyin təkmilləşdirilməsi, ölkədəki bütün qaçqınların və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası üçün seçim və imkanların yaxşılaşdırılması məqsədilə hökumətlə birgə iş aparılır.

BMT QAK hər kəsi www.withrefugee.org internet səhifəsinə daxil olaraq “Qaçqınlarla birgə dayanın” qlobal kampaniyasına qoşulmağa dəvət edir.

Furio De Angelis

BMT QAK-ın Azərbaycandakı nümayəndəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib