CƏMİYYƏT


Futbol oynamaq ağıldan kəmliyin inkişafına gətirib çıxara bilər

A+ A

Bakı, 16 fevral, AZƏRTAC

Peşəkar futbolçuların səhhəti təhlükədədir. Britaniyalı mütəxəssislərin sözlərinə görə, topa başla zərbə vurmaq praktikasına görə onlarda beynin zədələnməsi riski yüksəkdir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ingilis futbolçusu Ceff Estlin qızının verdiyi ifadə bu ehtimalı doğruldur. Erkən inkişaf edən demensiyadan əziyyət çəkən futbolçu 59 yaşında vəfat edib. İdmançının sağlamlıq durumunda başqa problem olmayıb.

Londonun Universitet Kollecinin və Kardiff Universitetinin ekspertlərinin sözlərinə görə, 5 peşəkar və bir həvəskar futbolçunun beyni onların ölümündən sonra təhlil edilib. Onlar orta hesabla 26 il ərzində futbol oynayıblar. Təxminən 60 yaşında onların hamısında demensiya inkişaf edib. Futbolçuların beynini tədqiq edən alimlər 4 halda xroniki travmatik ensefalopatiyanın əlamətlərini aşkar ediblər.

Belə pozulma halları yaddaşın itməsi, depressiya və demensiya ilə bağlıdır. Əvvəllər bu əlamətlər kontakt idman növləri ilə məşğul olan şəxslərdə aşkarlanıb. Məsələn, vəfat etmiş boksçularda təkrarlanan baş mikrotravmaları nəticəsində beynin xarakterik dəyişiklikləri müşahidə olunub. Futbolçulara gəldikdə isə bu risk əsasən uzun müddət ağır dəri toplarla oynayanlarda yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.