İDMAN


Futbol üzrə 2018-ci il dünya çempionatının talismanı oktyabrda təqdim olunacaq

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Rusiyada təşkil ediləcək futbol üzrə dünya çempionatının talismanı oktyabrın 26-da ictimaiyyətə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, talisman seçimi ilə bağlı mərasim Rusiyanın birinci kanalı ilə canlı yayımlanacaq. Turnirin təşkilat komitəsinin mətbuat xidmətinin məlumatında bildirilib ki, bununla bağlı yaxın günlərdə ümumxalq səsverməsi keçiriləcək. Səsvermə gedişatında seçicilər mundialın rəmzini seçmək hüququ əldə edəcəklər.

2018-ci il dünya çempionatının talismanının seçilməsi müsabiqəsi ilə bağlı final mərhələdə canavar, pələng və pişik təqdim olunacaq. İlk mərhələdə 10 variant təklif olunsa da, sonradan üçünün üzərində seçim edilməsi məqsədəuyğun sayılıb. Məlum olub ki, son üç animasiya peşəkar müəlliflər tərəfindən işlənib. Yekun variant FİFA-nın təsdiqini də almalıdır.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada təşkil ediləcək dünya çempionatı 11 şəhərin 12 stadionunda keçiriləcək. Nəhəng turnirin yarımfinalı Moskva və Sankt-Peterburq, açılış mərasimi, start və final mərhələ isə Rusiya paytaxtının “Lujniki” stadionunda oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.