İDMAN


Futbol üzrə 2022-ci il dünya çempionatı baş tutmaya bilər

Bakı, 7 iyun, AZƏRTAC

Xəbər verildiyi kimi, 2022-ci ildə dünya çempionatına ev sahibliyi etməli olan 7 dövlət eyni vaxtda Qətər ilə diplomatik əlaqələri kəsib. Beynəlxalq Futbol Federasiyası (FIFA) bununla əlaqədar Qətərin ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, FIFA-nın mətbuat xidmətindən bu haqda verilən məlumatda deyilir: “FIFA “Qətər-2022”nin təşkilat komitəsi ilə, habelə 2022-ci il dünya çempionatının təchizatı üzrə ali komitə ilə daim əlaqə saxlayır. Bu mövzuda əlavə şərh verməyəcəyik”.

Blokada ilə əlaqədar yayılmış şayiələrə görə, 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində - Doha, Lusail, Al Vakr, Al Xore, Al Rayan, Ümm-əs-Salal və Mədinət-əş-Şamal şəhərlərində keçirilməsi nəzərdə tutulan dünya çempionatı ləğv edilə bilər.

FIFA-nın sponsorlarından olan “Qatar Airways” aviaşirkəti qonşu ölkələrin hava məkanının blokadaya alınması üzündən ciddi itkilərə məruz qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.