DÜNYA


Futbol üzrə ABŞ və Kuba milliləri arasında tarixi oyun

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Bu il oktyabrın 7-də Kubanın paytaxtı Havanada bu ölkənin futbol üzrə milli komandası ilə ABŞ yığması arasında yoldaşlıq oyunu keçiriləcək. Matç iki ölkənin tarixi yaxınlaşması kontekstində baş tutacaq.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, bu, ABŞ və Kuba milli komandaları arasında 1947-ci ildən bəri keçirilmiş ikinci oyun olacaq. Birinci görüş 2010-cu ildə Cənubi Afrika Respublikasında baş tutmuş və ABŞ yığmasının 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

Qeyd edək ki, iki ölkə arasında tarixi yaxınlaşma 2014-cü ildə ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.