İDMAN


Futbol üzrə Əlcəzair millisi İslamiadada növbəti qələbəsini qazanıb

Bakı, 11 may, Nəriman Həsənzadə, AZƏRTAC

Əlcəzair millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, “B” qrupunun ikinci turu çərçivəsində Əlcəzair millisi Fələstin yığması ilə qarşılaşıb.

“AZAL Arena”da keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

Görüşdə yeganə qol oyunun 63-cü dəqiqəsinə təsadüf edib. Fələstin millisinin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Fərid Əl-Məlali Əlcəzair millisinin qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, Fələstin ilk oyunda Oman yığması ilə qarşılaşıb və görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əlcəzair isə Türkiyə millisi ilə görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.