İDMAN


Futbol üzrə Əlcəzair yığması İslamiadanın bürünc medalına sahib olub

Bakı, 21 may, Toğrul Nuruşzadə, AZƏRTAC

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında üçüncü yer uğrunda oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, bürünc medallar uğrunda Əlcəzair və Kamerun milli komandaları qarşılaşıblar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş azərbaycanlı hakimlər briqadası tərəfindən idarə olunub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. Matçda ilk qol oyunun 55-ci dəqiqəsində vurulub. Kamerun millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Qaqa Ahmed hesabı açıb. Görüşün 64-cü dəqiqəsində Hamra Abderrahim ikinci topu Kamerun yığmasının qapısından keçirib – 2:0.

Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Əlcəzair millisinin xeyrinə başa çatıb.

Bununla da Əlcəzair milli komandası IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının bürünc medallarına sahib olub.

Final görüşündə isə Azərbaycan və Oman milliləri üz-üzə gələcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq final matçı bu gün saat 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.