İDMAN
Futbol üzrə Amerika kubokunu Çili komandası qazandı [YENİLƏNİB]
Olduqca gərgin və maraqlı keçən oyunun qalibi penalti seriyası nəticəsində müəyyənləşib. Çili futbolçuları on bir metrlik zərbələri daha dəqiq yerinə yetiriblər – 4:1. Beləliklə, Amerika kubokuna Çili millisi sahib olub.
03:37
Final oyununa əlavə olunmuş 30 dəqiqədə də qapılara top vurulmayıb. Qalibin kim olacağını 11 metrlik zərbələr müəyyənləşdirəcək.
02:59
Oyunun əsas vaxtı başa çatıb. Qarşılıqlı hücumlara baxmayaraq, hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün komandalar əlavə 30 dəqiqə də oynamalı olacaqlar.
02:03
Bakı, 5 iyul, AZƏRTAC
Çilidə futbol üzrə Amerika kuboku uğrunda final oyunu keçirilir. Finalda Çili və Argentina yığmaları qarşılaşırlar.
AZƏRTAc xəbər verir ki, heyətində Lionel Messi, Di Mariya, Maskerano kimi dünya futbolu ulduzlarının yer aldığı Argentina komandası oyunun favoriti sayılır. Bununla belə, “ulduzlar” hələlik meydan sahiblərinin qapısına yol tapmağa çətinlik çəkirlər. Birinci hissə 0:0 hesabı ilə başa çatıb.
Paraqvayı 2:0 hesabı ilə məğlub edən Peru millisi turnirin bürünc medallarına sahib olub.