İDMAN


Futbol üzrə Azərbaycan kuboku yarışında yarımfinalçılar müəyyənləşib

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, oynanılan cavab qarşılaşmaları ilə yarımfinala yüksələn komandalar müəyyənləşib.

Bakının “İnter” komandası Gəncənin “Kəpəz” klubundan üstün olub. Bakıdakı görüşdə 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin rəhbərlik etdiyi komanda səfərdə heç-heçəyə razılaşıb - 0:0. Bununla da iki oyunun nəticəsinə əsasən, “İnter” yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinalda “Qəbələ” ilə üz-üzə gələcək. Baş məşqçi Roman Qriqorçukun komandası dörddəbir finalda AZAL-ı mübarizədən kənarlaşdırıb. “Qırmızı-qaralar” 2:1 hesabı ilə qalib gəldikləri ilk görüşün revanşında da üstün olublar - 1:0.

Dörddəbir final mərhələsinin digər oyununda “Neftçi” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirib. “Zirə” səfər görüşündə 2:1 hesabı ilə qalib gəlsə də, ilk oyunda 3:0 hesablı qələbə qazanan “Neftçi” iki oyunun nəticəsinə görə, adını yarımfinala yazdırıb. Bakı təmsilçisinin yarımfinaldakı rəqibi “Qarabağ” klubu olacaq. Bakıda təşkil olunan ilk oyunda Ağdam təmsilçisi “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub etmişdi. Cavab qarşılaşmasında da “Qarabağ” 5:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, yarımfinal oyunları 2017-ci il martın 30-da və aprelin 5-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.