İDMAN


Futbol üzrə Azərbaycan millisi “Bakı-2017”nin yarımfinal mərhələsinə adlayıb

Bakı, 15 may, Toğrul Nuruşzadə, AZƏRTAC

Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında qrup mərhələsində sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “A” qrupunun son turu çərçivəsində millimiz Mərakeş yığması ilə qarşılaşıb.

“Bayıl Arena”da gürcüstanlı hakimlər briqadası tərəfindən idarə olunan oyunda hesab açılmayıb.

Hesabında 5 xal olan Azərbaycan və Kamerun yığmaları yarımfinala yüksəliblər. Yarımfinalda yığmamız Əlcəzair millisi ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.