İDMAN


Futbol üzrə Azərbaycan millisi FIFA reytinqində 11 pillə irəliləyib

Bakı, 1 iyun, AZƏRTAC 

FIFA milli komandaların reytinq siyahısını açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması reytinq siyahısında 11 pillə irəliləyərək 439 xalla 76-cı yerdə qərarlaşıb. Robert Prosineçkinin yetirmələri ay ərzində aktivlərinə əlavə 53 xal yazdırıblar.

Reytinq siyahısına 1715 xalla Braziliya millisi başçılıq edir. Argentina 1626 xalla ikinci, Almaniya isə 1511 xalla üçüncü yerdə qərarlaşıblar.

FIFA milli komandaların növbəti reytinq siyahısını iyulun 6-da açıqlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.