İDMAN


Futbol üzrə Azərbaycan millisi San-Marino yığması üzərində qələbə qazanıb [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC 

Oyunun ikinci hissəsində hesab dəyişməyib və qarşılaşmada Azərbaycan millisi səfərdə San-Marino yığmasını 1:0 hesabı ilə məğlub edib.

Beləliklə, futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

20:49

Nəhayət, ilk hissənin sonunda milli komandamız istəyinə çatıb. Oyunun 45-ci dəqiqəsində Əfran İsmayılovun sağ cinahdan ötürməsindən sonra Ruslan Qurbanov başla topu qapıdan keçirib – 1:0.

İlk hissə bu hesabla başa çatıb.

20:02

Sentyabrın 4-də Azərbaycan millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşır.

AZƏRTAC xəbər verir ki, görüş Serravalle şəhərindəki “San Mariono” stadionunda oynanılır.

Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Ruslan Qurbanov və Dmitri Nazarov yer alıblar.

Qarşılaşmanı belçikalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Sebastyen Delferyerdir. Ona köməkçiləri Yves de Neve və Co de Veyrdt yardım edirlər. Oyunda dördüncü hakim funksiyasını Aleksandru Bukau yerinə yetirir.

Azərbaycan milli komandası “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.

“C” qrupunun digər oyunlarında bu gün Çexiya yığması Şimali İrlandiyanı, Norveç millisi isə Almaniyanı qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.