İDMAN


Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində məğlubedilməzlik seriyasını qoruyub VİDEO

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də futbol üzrə Azərbaycan yığma komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Çexiya millisinə qarşı keçirib.

AZƏRTAC xəbər verir ki, Çexiyanın Ostrave-Vitkoviçiç şəhərindəki “Metski” stadionunda oynanılan görüşdə hesab açılmayıb. Meydan sahibləri qarşılaşmada üstün oyun nümayiş etdirsələr də, futbolçularımız qapılarını toxunulmaz saxlayaraq, olduqca mühüm olan bir xalı milli komandamızın aktivinə yaza biliblər.

Komandamızın yer aldığı “C” qrupunun digər oyununda isə Almaniya yığması evdə Şimali İrlandiya millisinin qapısından iki cavabsız top keçirib. Norveç millisi isə doğma meydanda San-Marino yığmasını 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, seçmə mərhələnin üçüncü turundan sonra Azərbaycan milli komandası 7 xalla qrupda Almaniyadan sonra ikinci sırada qərarlaşıb. Hər üç oyunu qələbə ilə başa vuran Almaniya maksimum nəticə ilə qrupda liderlik edir. Şimali İrlandiya yığması 4 xalla üçüncü, Norveç isə 3 xalla dördüncüdür. Qrupun favoritlərindən hesab olunan Çexiya yığması üç oyundan iki xal toplayaraq beşinci sıradadır. Qrupda sonuncu pillədə isə hər üç oyunda məğlub olan San-Marino millisi qərarlaşıb.

Azərbaycan yığması seçmə mərhələ çərçivəsində növbəti oyununu noyabrın 12-də səfərdə Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.