İDMAN
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının təsnifat mərhələsinin oyunlarına sentyabrın 4-də start verilir.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, təsnifat mərhələsinin ilk turunda Azərbaycan milli komandası səfərdə San-Marino yığmasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Serravalle şəhərindəki “San Mariono” stadionunda başlayacaq.
Oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sebastien Delferieredir. Ona İves de Neve və Jo de Veirdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandre Boukaut yerinə yetirəcək.
Azərbaycan milli komandası “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]