İDMAN
Futbol üzrə Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümünün püşkü atılıb
Bakı, 26 iyul, Elşad Qəzvini, AZƏRTAC
İyulun 26-da futbol üzrə Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümünün püşkü ayılıb.
AZƏRTAC xəbər verir ki, püşkatma nəticəsində 25-ci ölkə çempionatının iştirakçılarının rəqibləri müəyyənləşib.
AFFA-nın inzibati binasında təşkil edilən tədbirə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, Assosiasiyanın rəsmiləri, 25-ci çempionatda çıxış edəcək 8 klubun nümayəndəsi və jurnalistlər iştirak ediblər.
Əvvəlki çempionatda olduğu kimi, yeni mövsümdə də komandalar 4 dövrədə mübarizə aparacaq. Əvvəlcə ilk turda qarşılaşacaq dörd cütlük müəyyən olunub. Peşəkar Futbol Liqası ilk turun qarşılaşmaları əsasında sonrakı turların cədvəlini müəyyən edəcək. Mövsümün tam təqvimi də bir neçə günə məlum olacaq.
Püşkə əsasən, ilk turda “Qarabağ”-“İnter”, “Zirə”-“Sumqayıt”, “Qəbələ-“Kəpəz” və AZAL-“Neftçi” görüşləri oynanılacaq.
İlk turun oyunları avqustun 6-7-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]