İDMAN


Futbol üzrə U-11 qızlar liqasının qalibləri mükafatlandırılıb

Bakı, 10 may, AZƏRTAC

AFFA-nın dəstəyi ilə 2016-2017-ci il mövsümündə “Məktəblərdə futbol dərsi” layihəsində iştirak edən şagirdlər üçün (2005, 2006 və 3 nəfər 2004-cü il təvəllüdlü) futbol üzrə U-11 qızlar liqası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, 12 komandanın iştirak etdiyi liqa dairəvi sistem üzrə keçirilib. Mayın 10-da liqanın qalibləri 141 nömrəli orta məktəbin akt zalında mükafatlandırılıb. İştirakçılara liqa barədə ətraflı məlumat verilib, videoçarx nümayiş etdirilib.

Yarışda “Rəvan” (141 nömrəli orta məktəbin komandası) birinci, “Zığ” (201 nömrəli orta məktəb komandası) ikinci, “Gömrükçü” (236 nömrəli orta məktəbin komandası) isə üçün olub.

Liqanın ən yaxşı oyunçusu Zəhra Piriyeva (“Fidan”), ən məhsuldar oyunçusu isə Safura Xəlilova (“Rəvan”) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.