İDMAN
Futbol üzrə XX dünya çempionatında Almaniya komandası Portuqaliya yığmasına qalib gəlmişdir VİDEO
Bakı, 16 iyun (AZƏRTAC). Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 16-da Salvador şəhərindəki
“Fonte Nova” stadionunda “G” qrupunda mübarizə aparan Almaniya və Portuqaliya yığmaları qarşılaşmışlar.
Serbiyalı baş hakim Milorad Mazicin idarə etdiyi və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Almaniya komandası Portuqaliya millisini 4:0 hesabı ilə məğlub edərək dünya çempionatına qalibiyyətlə başlamışdır.
Oyunun 12-ci dəqiqəsində Almaniya yığmasının hücumçusu Tomas Müller on bir metrlik cərimə zərbəsi ilə hesabı açmışdır. Görüşün 32-ci dəqiqəsində almaniyalı müdafiəçi Mats Hummels komandasının ikinci topunu vurmuşdur. Görüşün 37-ci dəqiqəsində Portuqaliya yığmasının futbolçusu Pepe qırmızı vərəqə almışdır. Oyunun 45-ci dəqiqəsində Tomas Müller komandasının üçüncü topunu vurmuşdur. İlk hissə bu hesabla başa çatmışdır.
Qarşılaşmanın ikinci hissəsində - 78-ci dəqiqədə Tomas Müller komandasının dördüncü topunu vuraraq het-trik etmiş və Almaniya yığmasının böyük hesablı qələbəsini rəsmiləşdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]