İDMAN


Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib

A+ A

Bakı, 12 dekabr, AZƏRTAC 

Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi avrokuboklarda təmsil edəcək ən güclü 4 klubumuz – Azərbaycan Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 19-da öz rəqiblərini tanıyacaq. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar və Avropa liqası yarışlarının ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.

Azərbaycan çempionu II, digər üç komandamız I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Çempionlar Liqası yarışlarının ilk mərhələsinin oyunlarına gələn il iyunun 27-28-də start veriləcək. Avroliqa isə iyunun 29-da başlayacaq.

Avropa Liqasının finalı mayın 16-da Fransanın Lion şəhərində, Çempionlar Liqasının həlledici oyunu mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.