İDMAN


Futbol üzrə dünya çempionatı: Almaniyadan yeddi cavabsız qol

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 10-da futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı “C” qrupunda altıncı turun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Almaniya millisi San-Marinonu, Norveç yığması isə Çexiyanı qəbul edib.

“Nürenberq Arena”da keçirilən Almaniya-San-Marino oyununda böyük hesablı qələbə qeydə alınıb. Almanlar rəqib qapısından 7 cavabsız top keçirərək qrup liderliyini bir qədər də möhkəmləndiriblər.

Oslodakı “Ullevaal” stadionunda keçirilən Norveç-Çexiya oyunu isə heç-heçə yekunlaşıb – 1:1.

Qrupda altıncı turun ilk oyunu Bakıda Azərbaycan və Şimali İrlandiya yığmaları arasında keçirilib və 1:0 hesab ilə qonaqların xeyrinə yekunlaşıb.

Altı turdan sonra hesabında 18 xal olan Almaniya qrupun vahid liderdir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Azərbaycan 7 xalla dördüncü, Norveç 4 xalla beşinci, hesabına hələ də xal yazdıra bilməyən San-Marino isə sonuncu pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.