İDMAN


Futbol üzrə dünya çempionatının final mərhələsinə ikinci vəsiqəni İran millisi təmin edib

Bakı, 13 iyun, AZƏRTAC

Futbol üzrə İran milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.

AZƏRTAC xəbər verir ki, Asiya üzrə seçmə mərhələnin “A” qrupunda keçirdiyi ev oyununda Özbəkistan yığmasına 2:0 hesabı ilə qalib gələn İran millisi mundialda iştirak hüququ qazanıb. Oyunda qolları Sərdar Azmoun (23) və Mehdi Taremi (88) vurublar.

Bununla da qrupda keçirdiyi səkkiz oyunda 20 xal toplayan İran komandası Braziliyadan sonra Rusiyaya yollanacaq ikinci komanda olub.

İran yığma komandası seçmə mərhələdə keçirdiyi səkkiz oyunda öz qapısından top buraxmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.