İDMAN


Futbol üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsinin əsas məqsədi nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin 13-14 yaşlı perspektivli futbolçularını aşkara çıxarmaq və mərkəzin yığma komandasını formalaşdırmaq olub.

Final mərhələsində zona yarışları üzrə birinci və ikinci yerləri tutmuş 12 komanda yarışıb. Birinci yeri “Təhsil” RİM-in Gəncə filialının komandası tutub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası ikinci, “Təhsil” RİM-in Sumqayıt filialının komandası isə üçüncü yerə layiq görülüb.

Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.