REGİONLAR


Futbol üzrə respublika turniri Bakı komandalarının qələbəsi ilə yekunlaşıb

Sumqayıt, 3 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionda Əməkdar Məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş futbol üzrə respublika turnirinə yekun vurulub. Yarışda 2008-2009-cu il təvəllüdlü futbolçulardan təşkil olunan komandalar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iyunun 28-də start götürən turnirdə Sumqayıtın 6, Bakının 5 komandası ilə yanaşı, Şamaxı, Siyəzən və Xızı rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparıblar. Maraqlı və diqqət çəkən anlarla yadda qalan yarışların yekununda Bakının “Vətən”, “İnter” və “Lion” komandaları müvafiq olaraq ilk üç yerdə qərarlaşıblar.

Turnirin qalibləri Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.