İDMAN


Futtenis üzrə birinci Azərbaycan kubokuna yekun vurulub

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətinin zalında futtenis üzrə birinci Azərbaycan Kubokuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 10 komanda iki qrupda mübarizə aparıb.

İki gün davam edən yarışın finalında "Neftçi" ilə "Marafon" komandaları qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda 2:1 hesabı ilə qələbə qazanan "Neftçi" kubokun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.