REGİONLAR


“Futzal kuboku” uğrunda muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb

A+ A

Naxçıvan, 26 noyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Futzal kuboku” uğrunda muxtar respublika birinciliyinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi yarış 3 gün davam edib. Birincilikdə 9 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.

Birinciliyin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada diqqətdə saxlanılan sahələrdən biri də gənc idmançılar nəslinin formalaşdırılmasıdır. Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait gənclərin asudə vaxtının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə səbəb olub.

Birinciliyin final görüşündə “DİN-Darıdağ” və “Şahbuz” komandaları üz-üzə gəliblər. Gərgin keçən görüşdə “DİN-Darıdağ” komandası oyunu 8:3 hesablı qələbə ilə başa vuraraq birinciliyin qalibi adını qazanıb.

Sonda finalçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr, qalib komandaya isə kubok təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.