İDMAN
Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasının yeni mövsümündə püşkatma olub
Bakı, 19 sentyabr (AZƏRTAC). Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasının yeni mövsümündə püşkatma olub.
AZƏRTAC xəbər verir ki, ölkənin Futzal Federasiyası son məqamadək səkkiz klubun iştirakı ilə turnir keçirməyi planlaşdırırdı. Lakin iki komanda – “Baku Fayr” və “Baku Fleyms” lazımi sənədləri vaxtında təqdim edə bilməyiblər. Nəticədə yeni mövsümdə altı klub çıxış edəcək.
Birinci turda aşağıdakı cütlüklər çıxış edəcək: “Qarabağ veteranları” – “Araz”, “Fənərbaxça” – “Xəzər Aylands” (25 sentyabr), “Neftçi” – “Ekol” (26 sentyabr).
Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov bildirib ki, “Baku Fayr” birinci liqada iştirak üçün müraciət etməyə macal tapıb, “Baku Fleyms” isə yeni mövsümdə turnirdən tamamilə kənarda qalacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [23:21]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]