İDMAN


Futzal üzrə Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC 

Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, millimiz Kolumbiyanın Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində İspaniya yığması ilə qarşılaşıb. Qarşılaşma 4:2 hesabı ilə ispaniyalı futzalçıların xeyrinə yekunlaşıb.

Komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlmişdi.

Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 18-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19 sentyabr, saat 03:00) Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində İran yığmasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.