İDMAN


Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub

Bakı, 30 noyabr, AZƏRTAC 

FIFA futzal üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, hesabında 1435 xal olan Azərbaycan millisi 10-cu pillədəki mövqeyini qoruyub.

“Avro-2018”in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Macarıstan 30-cu, Bosniya və Herseqovina yığması isə 38-ci pillədə yer alıb.

Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1891 xalla ikinci, Rusiya komandası isə 1758 xalla üçüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.