İDMAN


Futzal üzrə Azərbaycan millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib VİDEO

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycan milli komandası Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında dörddəbir final mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində Tailand yığması ilə qarşılaşan millimiz 13:8 hesabı ilə qələbə qazanıb. Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib.

Millimiz dörddəbir final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Cali şəhərindəki “Coliseo El Pueblo” İdman Kompleksində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.