İDMAN


Futzal üzrə Azərbaycan millisi dünya çempionatının play-off mərhələsinə yüksəlib ВИДЕО

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası sentyabrın 19-da qrupdakı üçüncü oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, yığmamız Medellin şəhərindəki "Coliseo İvan de Bedout" İdman Kompleksində İran millisi ilə qarşılaşıb.

Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində Qallo dubl edib, bir dəfə isə Tyaqo fərqlənib.

Komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub.

Qrupda ilk iki pillədə qərarlaşan İspaniya və Azərbaycan milli komandaları play-offa yüksəlib. Növbəti mərhələdə millimizin rəqibi Tailand yığması olacaq. Azərbaycan-Tailand görüşü sentyabrın 23-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.