İDMAN


Futzal üzrə Azərbaycan yığması Tailandla qarşılaşacaq

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC 

Sentyabrın 22-dən 23-nə keçən gecə futzal üzrə Azərbaycan millisi Kolumbiyada dünya çempionatında səkkizdəbir final oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, rəqib Tailand yığması olacaq. Görüş Bakı vaxtı ilə 02:30-da start götürəcək.

İspaniya, İran və Mərakeş yığmalarının yer aldığı qrupdan ikinci pillənin sahibi kimi mərhələ keçən futzalçılarımız Medellin şəhərindəki “Coliseo Ivan de Bedout” idman kompleksində dörddəbir finala vəsiqə üçün yarışacaq. Miltinyonun rəhbərlik etdiyi komanda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniya ilə görüşdə 2:4 hesablı məğlubiyyət alıb. Son oyunda isə komandamız İranla heç-heçə edib - - 3:3.

Tailand da Rusiya, Misir və Kuba futzalçıları ilə qrup mübarizəsində ikinci olaraq səkkizdəbirə yüksəlib.

Qalib komanda dörddəbir finalda Portuqaliya yığması ilə qarşılaşacaq. Portuqaliya səkkizdəbir finalda Kosta-Rika yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Yarımfinalçını müəyyənləşdirəcək matç isə Bakı vaxtı ilə sentyabr 26-da gecə saat 03:00-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.