İDMAN


Futzal üzrə millimizin dünya çempionatındakı növbəti oyununun vaxtı müəyyənləşib

Bakı, 19 sentyabr, AZƏRTAC 

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında səkkizdəbir final mərhələsinin təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması səkkizdəbir finalda “B” qrupunun ikincisi Tailand millisi ilə qarşılaşacaq. Görüş sentyabrın 22-dən 23-nə keçən gecə Bakı vaxtı ilə 02:30-da start götürəcək. Qarşılaşma hazırda yığmamızın məskunlaşdığı Medelin şəhərindəki “Coliseo Ivan de Bedout” arenasında keçiriləcək. Azərbaycan millisi bu mərhələni keçə bilsə dörddəbir finalda Portuqaliya - Kosta-Rika qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Tailand yığması qrup mərhələsində Rusiyaya uduzub (4:6), Kuba (8:5) və Misirə (2:1) qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.