REGİONLAR


Futzal üzrə muxtar respublika birinciliyi başa çatıb

Naxçıvan, 21 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi futzal üzrə muxtar respublika birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə YAP Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərindən ibarət 8 komanda mübarizə aparıb.

Birincilik olimpiya sistemi üzrə keçirilib. Beynəlxalq Futzal Federasiyasının qaydalarına uyğun təşkil edilən yarışda futzalçılar qalibi müəyyənləşdirməyə çalışıblar.

Yarışın nəticəsinə gəlincə, həlledici qarşılaşmada “Naxçıvan” və “Şərur” komandaları qələbə uğrunda mübarizə aparıblar. Daha baxımlı oyun sərgiləyən Şərur futzalçıları meydanı 5:4 hesablı qələbə ilə tərk ediblər. Üçüncülük matçında isə “Ordubad” komandası “Kəngərli” komandası ilə qarşılaşıb. Görüş Kəngərli təmsilçilərinin 9:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandaların futzalçıları diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.