REGİONLAR


Futzal üzrə muxtar respublika turnirinin qalibi müəyyənləşib

A+ A

Naxçıvan, 25 avqust, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə 11-12 yaşlı yeniyetmələr arasında futzal üzrə Naxçıvan Muxtar Respublika turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi turnirdə 8 komanda mübarizə aparıb.

Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu cür turnirlərin təşkili muxtar respublikada uşaq futbolunu inkişaf etdirmək, yeniyetmələrin oyun təcrübəsini və onlarda bu idman növünə marağı artırmaq məqsədi daşıyır. Hazırda Naxçıvanda bunun üçün hərtərəfli imkanlar yaradılıb, mini stadionlar tikilərək uşaqların ixtiyarına verilib. Gələcəkdə də keçiriləcək belə turnirlər uşaqların futbol, həmçinin futzal bacarığına müsbət təsir göstərəcək.

“Naxçıvan-1”, “Naxçıvan-2”, “Darıdağ”, “Şərur”, “Şahbuz”, “Babək”, “Culfa” və “Ordubad” komandalarının mübarizə apardığı turnir olimpiya sistemi üzrə keçirilib. Turnirin həlledici qarşılaşmasında “Darıdağ” və “Şahbuz” komandaları üz-üzə gəliblər. Daha üstün oyun sərgiləyən Şahbuz komandası turnirin qalibi olub. Üçüncülük oyununda isə meydana “Şərur” və “Naxçıvan-1” komandaları çıxıb. Görüş “Naxçıvan-1” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonda hər üç yeri tutan komandalar diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.