REGİONLAR


Füzuli Dövlət Dram Teatrı mövsümü “Olmadı elə, oldu belə” əsəri ilə açıb

A+ A

Füzuli, 17 sentyabr, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrı 28-ci mövsümünü Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” əsəri ilə açıb.

AZƏRTAC xəbər verir ki, tamaşa “N” saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Vaqif Rəhimov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edib.

“Olmadı elə, oldu belə” tamaşası əsgər və zabitlər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.