MƏDƏNİYYƏT


Füzuli Dövlət Dram Teatrı yeni mövsümə hazırlaşır

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrı 28-ci mövsümü sentyabrın 25-də repertuarında olan Altay Məmmədovun “Həmyerlilər” əsəri ilə açacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edir.

Qeyd edək ki, cari mövsümdə teatr həmçinin “N” saylı hərbi hissələrdə, rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, idarə, müəssisələrində, təhsil ocaqlarında yeni-yeni tamaşalarla tamaşaçıları sevindirmək niyyətindədir.

Bundan başqa, yeni mövsümdə N.B.Vəzirovun “Müsibəti Fəxrəddin”, M.F.Axundzadənin “Hacı Qara”, A.Məmmədovun “Həmyerlilər”, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşalarının nümayiş etdirilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.