REGİONLAR


Füzuli Dövlət Dram Teatrının kollektivi əsgər və zabitlər qarşısında çıxış edib

A+ A

Füzuli, 3 oktyabr, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrının kollektivi rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin yaranmasının 24-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə əsgər və zabitlər qarşısında çıxış edib.

AZƏRTAC xəbər verir ki, teatr repertuarında olan Ə.Əsgərovun “Qız atası”, S.Axundovun “Bəndalı bəndə düşüb”, M.Ələsgərovun “Uzun qoşun” əsərlərindən parçalar nümayiş etdirib. Əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib.

Təqdim olunan tamaşa, mahnı və rəqslər, əsgər həyatına həsr olunmuş şeirlər, nağıl qəhrəmanlarının çıxışları zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.