REGİONLAR
Füzuli Dövlət Dram teatrı əsgərlər qarşısında çıxış edib
Füzuli, 31 may, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrının kollektivi Beyləqan və Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissələrdə əsgər və zabitlər qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, teatr repertuarında olan N.Vəzirovun “Hacı Qəmbər”, A.Səfərlinin “Fantan ərə gedir”, M.Əlizadənin “Uzun Qoşun”, A.Məmmədovun “Kişilər” əsərlərindən parçalar göstərib. Əsas rollarda Asif Şirinov, Məryəm Məmmədova, Qaçaq Qarayev, Aygün Cəfərova, Fatimə Səfərəliyeva, Vüqar Babayev və başqaları çıxış ediblər. Təqdim olunan tamaşa və konsert proqramları zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb.
Teatr kollektivinin üzvləri mütəmadi olaraq hərbçilər qarşısında vətənpərvər və əyləncəli musiqi proqramları ilə çıxış etdiklərinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.